ABŞ-da taksi sürücüsü ilə sərnişin arasında baş verən insident sərnişinin böyük məbləğdə girov ödəməsi ilə nəticələnib.
Ladbible.com xəbər verir ki, insident taksi xidmətindən istifadə edən xanımın maska taxmaq istəməməsi ilə başlayıb.
Avtomobili yarı yolda saxlayan sürücü sərnişindən salonu tərk etməyi tələb edib.
Lakin bundan bir qədər də hiddətlənən qadın nümayişkəranə şəkildə sürücünün üstünə öskürüb, onun mobil telefonunun əlindən almağa cəhd göstərib.
Hadisəyə müdaxilə edən polis qadın sərnişini polis idarəsinə aparmalı olub.
Nəticədə qadın zorakılıqda və sanitariya qaydalarını pozmaqda ittiham olunub.
O, yalnız böyük məbləğdə girov pul müqabilində sərbəst buraxılıb.