Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Maskın Kanada vətəndaşlığından məhrum edilməsi üzrə petisiya başlayıb
Kanadada ABŞ-nin Hökumətin Səmərəliliyinin Artırılması Departamentinin (DOGE) rəhbəri İlon Maskı vətəndaşlıqdan məhrum etmək tələbi ilə petisiya başlayıb.
Bu barədə Oxu.Az "National Post"a istinadla xəbər verir.
Petisiyaya İ.Maskın Kanadanın milli maraqlarına zidd fəaliyyəti ilə məşğul olması əsasında start verilib.
Yazıçı Kvaliya Ridin təşəbbüsü ilə başlayan imzatoplama kampaniyasında minlərlə kanadalı iştirak edib.
Kanadanın Baş naziri Castin Trüdo Cənubi Afrika Respublikasında anadan olmuş İ.Maskı ana xətti ilə malik olduğu Kanada vətəndaşlığından məhrum etməyə çağırıb.
50 mindən çox insanın imzaladığı petisiya iyunun 20-də İcmalar Palatasına təqdim ediləcək.