34 yaşlı misirli hücumçu Məhəmməd Salah Türkiyə Superliqasının ilk turunda "Kasımpaşa" ilə keçirilən oyunda (1:1) "Trabzonspor"un heyətində debüt edib.
Oxu.Az xəbər verir ki, Salah qarşılaşmanın ikinci hissəsində, 58-ci dəqiqədə meydana çıxıb və məhsuldar fəaliyyəti ilə yadda qalmayıb.
Salah "Trabzonspor"a azad agent kimi keçib. Bundan əvvəl o, "Liverpul"dan ayrılmışdı.
Misirli futbolçu "qırmızılar"ın heyətində iki dəfə İngiltərə çempionu (2019/2020 və 2024/2025 mövsümləri), Çempionlar Liqasının (2018/2019) və klublararası dünya çempionatının (2019) qalibi olub.
Salah həmçinin İngiltərə Kubokunu (2021/2022), İngiltərə Liqa Kubokunu (2021/2022, 2023/2024), İngiltərə Superkubokunu (2022) və UEFA Superkubokunu (2019) qazanıb.