Misirin məşhur futbolçusu Məhəmməd Salah artıq Trabzon şəhərinə gəlib.
Oxu.Az Türkiyə KİV-ə istinadən xəbər verir ki, onminlərlə azarkeş hücumçunu qarşılamaq üçün Trabzon hava limanına axışıb.
Salah ona göstərilən böyük diqqət qarşısında təəccübünü gizlətməyib. Ulduz futbolçu azarkeşləri salamlayaraq açıqlama verib:
"Atmosfer inanılmazdır. Çox xoşbəxtəm. Nə qədər xoşbəxt olduğumu sözlə ifadə etməkdə çətinlik çəkirəm. Düzünü desəm, əvvəllər belə bir şey gördüyümü xatırlamıram. Bu cür sevgiyə görə çox xoşbəxtəm. "Trabzonspor"la liqada və Avropada uğur qazanmaq üçün əlimdən gələni edəcəyəm", - deyə Salah bildirib.
Misirin futbol əfsanəsi Məhəmməd Salah artıq İstanbuldadır. "Trabzonspor" azarkeşləri çoxdan gözlədikləri Məhəmməd Salahla görüşüblər.
Oxu.Az xəbər verir ki, bu barədə "Haber Global" məlumat yayıb.
"Trabzonspor" fanatları Məhəmməd Salahı qarşılamaq məqsədilə Atatürk Hava Limanına böyük axın ediblər. İstanbulda azarkeşlərlə görüşdükdən sonra misirli ulduz hava limanının ərazisini tərk edib.
Xəbərə görə futbolçu axşam saatlarında Trabzona yola düşəcək və minlərlə azarkeş misirli hücumçunu şəhərdə xüsusi coşqu ilə qarşılayacaq.
Bundan başqa mağazaların qarşısında növbəyə duran azarkeşlərin yeni aldıqları formalara "M.Salah" adını yazdırdıqları müşahidə olunub.
"Trabzonspor"a transferi üçün daha əvvəl razılığın əldə edildiyi Məhəmməd Salah Türkiyəyə yola düşüb.
Bu barədə Oxu.Az "Haber Global"a istinadən xəbər verir.
Misirli ulduzun yerli vaxtla saat 12:30-da İstanbula çatması gözlənilir. Məhəmməd Salah İstanbula endikdən sonra axşam saatlarında Trabzona gedəcək.
"Trabzonspor" üçün Türkiyəyə yollanan Məhəmməd Salahın təyyarədəki ilk görüntüləri klub tərəfindən paylaşılıb. Klubun formasını geyinən Salah "Trabzonspor" azarkeşlərinə ilk mesajını da verib.
"Trabzon. Hazırsan? Sizi eşidirəm. Tezliklə görüşərik. Bizim üçün hər yer Trabzondur", - deyə o bildirib.