Banqladeş məhkəməsi ölkənin sabiq baş naziri Şeyx Hasinanı korrupsiya işi üzrə 21 il müddətinə azadlıqdan məhrum dib.
Oxu.Az xəbər verir ki, bu barədə BSS dövlət xəbər agentliyi məlumat yayıb.
Hakim hökmü məhkumun iştirakı olmadan çıxarıb. Hasina ölkədə olmadığı və həbs edilmədiyi üçün onun işinə qiyabi baxılıb.
Bildirilir ki, Purbaçalda "Yeni Racuk şəhəri" layihəsi çərçivəsində torpaq sahələrinin bölgüsündə iddia edilən pozuntularla bağlı ona qarşı üç iddia qaldırılıb. Şeyx Hasina hər bir iş üzrə yeddi il həbs cəzasına məhkum edilib ki, bu da ümumilikdə 21 il azadlıqdan məhrum edilmək deməkdir.
Keçən həftə Banqladeş Beynəlxalq Cinayət Tribunalı sabiq baş naziri insanlıq əleyhinə və soyqırımı cinayətlərinə görə qiyabi olaraq ölüm cəzasına məhkum edib.
Şeyx Hasina 2024-cü ilin avqustunda Banqladeşdə kütləvi iğtişaşlar baş verən zamana Hindistana uçub. 2024-cü ildə Banqladeş hakimiyyəti onun diplomatik pasportunu ləğv edib. Dəkkə israr edir ki, 2013-cü ildə Hindistanla imzalanmış cinayətkarların qarşılıqlı təhvil verilməsi haqqında müqaviləyə əsasən Hasina Banqladeşə ekstradisiya edilməlidir.