Meksikanın Kabo-San-Lukas şəhərində futbol üzrə dünya çempionatı (DÇ-2026) matçında milli komandanın qələbəsini qeyd edən azarkeş kütləsinə avtomobilin çırpılması nəticəsində 17 nəfər xəsarət alıb.
Oxu.Az xəbər verir ki, bu barədə şəhər bələdiyyəsi sosial şəbəkə hesabında məlumat yayıb.
Məlumata görə, yaralılardan biri hazırda reanimasiyadadır. Tibbi yardım göstərilən şəxslər arasında avtomobilin sürücüsü də olub və o, daha sonra hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb. Baş vermiş hadisənin səbəbləri araşdırılır.
"N+" nəşrinin məlumatına görə, azarkeşlərin əhatəsində olan maşın əvvəlcə yolda hərəkət etməyə çalışıb, daha sonra isə anidən sürəti artıraraq bir neçə nəfəri vurub. Qəzəblənmiş kütlə sürücünü avtomobildən çıxararaq döyüb.
Xatırladaq ki, Meksika yığması Çexiya komandasını 3:0 hesabı ilə məğlub edərək, üç qələbə sayəsində qrup mərhələsini birinci yerdə başa vurub.