Bakı şəhəri, Yeni Günəşli qəsəbəsində park ərazisi qaranlığa qərq olub.
Bu barədə Oxu.Az-a sakinlər məlumat veriblər.
Onların sözlərinə görə, qəsəbənin A/B massivi, 38 ünvanında yerləşən parkın işıqları 4-5 gündür yanmır.
Sakinlər qeyd ediblər ki, işıq olmaması səbəbindən yolda gəzərkən nəsə görmək mümkün deyil.
Məsələ ilə bağlı Oxu.Az-ın sorğusuna cavab olaraq Suraxanı Rayon İcra Hakimiyyətindən bildirilib ki, məsələ ilə bağlı aidiyyəti üzrə "Bakı Şəhər İşığı" Elektrik Şəbəkə Müəssisəsinin Suraxanı Təmir Bərpa Sahəsinə müraciət edilib.
Qaynar xətt:
(055) 224 12 12