Meksikada silahlı şəxs Teotiuakan şəhərində turistlərə atəş açıb.
Oxu.Az "El Pais" qəzetinə istinadən xəbər verir ki, o, şəhərdəki hündürlüyü 43 metr olan Ay piramidasına qalxaraq zirvədən atəş açıb.
Hadisə nəticəsində yeddi nəfər yaralanıb, kanadalı qadın turist isə ölüb. Silahlı şəxs isə daha sonra intihar edib.