Tanınmış amerikalı astronavt Baz Oldrin iki övladı və keçmiş biznes menecerinə qarşı məhkəmədə iddia qaldırıb.
Oxu.Az BBC-yə istinadən xəbər verir ki, Oldrin övladları və menecerinin onu aldadaraq pullarını oğurladığını və ona böhtan atdıqlarını iddia edir.
Məhkəməyə ərizə göndərilməzdən bir həftə əvvəl astronavtın övladları onun əqli problemlərinin olduğu və demensiyadan əziyyət çəkdiyi iddiasi ilə aktivlərinin idarəolunması ilə üçün məhkəməyə vəsatət qaldırıb.
Ailə üzvləri hakimə bildirib ki, Oldrinin koqnitiv bacarıqları kəskin şəkildə zəifləyib və o artıq sağlam şəkildə düşünə bilmir, buna görə də, maliyyə məsələlərini öz öhdəsinə götürəcək qəyyuma ehtiyacı var
Oldrin isə onun demensiya xəstəsi olması ilə bağlı iddiaları qəti şəkildə rədd edir.
Qeyd edək ki, 88 yaşlı astronavt Aya ayaq basmış ikinci adam sayılır.
F.M.
www.oxu.az