Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Məşhur futbolçu Mbappenin anası oğlunun gəlirinin bir hissəsini özünə götürdüyünü bildirib
PSJ-nin hücumçusu Kilian Mbappenin anası Fayza Lamari “France 2” kanalında yayımlanacaq “Envoye Special” şousu zamanı oğlunun agenti kimi onun gəlirinin 30%-ni özünə götürdüyünü bildirib.
“Əvvəlcə 50/50-yə işləyəcəyimizi dedim, lakin müzakirələrdən sonra 30%-ə razılaşdıq”, - deyə Lamari bildirib.
Bu pullar “Kilian Mbappedən ilham alanlar” (Inspired by Kylian Mbappe) şirkətinə gedir. O, 2020-ci ildə yaradılıb və 100-ə yaxın gəncə peşəkar arzularını həyata keçirməyə kömək edir.
Lamari oğlunun son böyük müqaviləsi ilə bağlı heç bir narahatçılığının olmadığını bildirib. 2022-ci ildə Mbappe PSJ ilə müqaviləsini uzadıb, 300 milyon avro imza bonusu və ildə 100 milyon avro maaş alıb.
“Heç bir günah hissi yoxdur. 10 milyard avro ala bilsəydik, onu alardıq, çünki sistem belə işləyir”, - Lamarie bildirib.
Mənbə: RBC
Rəylər