Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Məşhur rusiyalı teleaparıcı xəstəliyi ilə bağlı açıqlama verdi
Məşhur rusiyalı aparıcı Vladimir Pozner xəstə olduğu, bədxassəli dəri epitelioması diaqnozu qoyulduğu və xəstəxanaya yerləşdirildiyi barədə yayılan xəbərləri təkzib edib.
Bu barədə Oxu.Az Rusiya mətbuatına istinadən bildirir.
"KİV-də xəstəxanaya yerləşdirildiyim və guya bədxassəli dəri epitelioması diaqnozu qoyulduğuna dair məlumatlar yayılıb. Nəzərinizə çatdırım ki, xəstəliyimlə bağlı yayılan xəbərlər tamamilə yalandır. Mən xəstəxanada deyiləm, hazırda beynəlxalq seminardayam və tamamilə sağlamam", - deyə o bildirib.
Həmçinin Vladimir Poznerin həyat yoldaşı da xəbəri təkzib edib və telejurnalistin özünü yaxşı hiss etdiyini, hazırda İstanbulda beynəlxalq seminarda olduğunu deyib.
Məşhur rusiyalı teleaparıcı Vladimir Pozner xəstəxanaya yerləşdirilib.
Bu barədə Oxu.Az "Mash" "Telegram" kanalına istinadən bildirir.
Məlumata görə, Poznerə bədxassəli dəri epitelioması diaqnozu qoyulub.
Xatırladaq ki, ötən ay 90 yaşlı jurnalist səhhəti ilə bağlı həkimə müraciət edib. O, palataya yerləşdirilib və kimya terapiyası tətbiq olunub. Daha sonra evə göndərilib, hazırda isə onkoloq nəzarəti altındadır.
Teleaparıcının sözlərinə görə, ona ilk dəfə xərçəng diaqnozu 59 yaşında, Nyu-Yorkda yaşayarkən qoyulub - bu, prostat xərçəngi olub. O zaman uğurlu əməliyyatla aradan qaldırılıb. 80 yaşında isə Vladimir Poznerdə bağırsaq xərçəngi əmələ gəlib.
Rəylər