Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Ursula fon der Lyayen Aİ-ni müdafiə ittifaqına çevirmək niyyətini açıqladı
Avropa Komissiyasının rəhbəri (AK) Ursula fon der Lyayen Avropa İttifaqını (Aİ) müdafiə ittifaqına çevirmək niyyətindədir.
Oxu.Az-ın "Reuters"ə istinadla verdiyi məlumata görə, bu barədə o, Strasburqda Avropa Parlamentinin (AP) sessiyasında səsvermədən əvvəl proqram nitqində bildirib.
Lyayen AP üzvlərini onu AK sədri vəzifəsində ikinci müddətə təsdiq etməyə çağırıb və yenidən seçiləcəyi təqdirdə həqiqi Avropa "müdafiə ittifaqı"nın yaradılmasına diqqət yetirəcəyinə vəd verib.
AK sədri, həmçinin regionda Avropa İttifaqının vahid Hava Hücumundan Müdafiə (HHM) sistemini yaratmağı təklif edəcəyini deyib.
"Biz Avropa üçün Avropa hava qalxanının və kibermüdafiənin yaradılmasından başlayaraq ümumi maraq kəsb edən bir sıra müdafiə layihələri təklif edəcəyik", - deyə o bildirib.
"Ursula fon der Lyayen" teqi üzrə xəbərlər
- Cina Valderrama: "Qlobal Şimalın ayıracağı milyardlar, sadəcə, qırıntılardır"
- Ursula fon der Lyayendən G20 sammitində ədəbsiz hərəkət
- Makron hakimiyyətinin rəzaləti: Fransalı nazirin sayıqlaması
- BMT-nin ali tədbirinə hörmətsiz yanaşan Avrokomissiya: Ursula fon der Lyayenin məntiqsizliyi
- 80-dən çox dövlətin liderləri COP29 çərçivəsində Dünya İqlim Fəaliyyəti Sammitində çıxış edəcəklər