“Adamaldadan quşu öldürmək” və “Gözətçi qoy” əsərlərinin müəllifi, dünya şöhrətli yazıçı Harper Li vəfat edib.
Oxu.Az BuzzFeed-ə istinadən xəbər verir ki, yazıçı 89 yaşında dünyasını dəyişib.
Məlumatı ilk olaraq yazıçının doğma Monrovil şəhərində yerləşən kitabxananın rəsmi saytı verib.
Sonradan Monrovil meri Harper Linin vəfat etdiyini təsdiqləyib.