Ölkə prezidenti Enrike Penya Nyetonun istefası Meksikanın paytaxtında keçirilən etiraz mitinqinin əsas tələbi olub.
Oxu.Az TASS-a istinadən xəbər verir ki, Müstəqillik günü ərəfəsində küçələrə minlərlə insan çıxıb, onların sırasında 2014-cü ilin 26 sentyabrında Herrero ştatının İquala şəhərində itkin düşən 43 tələbənin valideynləri və tələbə yoldaşları olub.
“Cəmiyyət bu prezidentlik müddətində baş verənlərdən yorulub, biz bununla öz nifrətimizi göstəririk”, - “MVSNoticias” radiostansiyası İqualada hücum nəticəsində sağ qalan Ömər Qarsiyanın sözlərindən sitat gətirib.
Mexiko hakimiyyətinin qiymətləndirməsinə görə, etiraz aksiyasında iştirak edənlərin sayı beş minə yaxın olub. Hüquq-mühafizə orqanlarına qarşıdurmalar haqqında heç bir məlumat daxil olmayıb.
N.O.
www.oxu.az