Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Meymunçiçəyi üçün ilk peyvənd təsdiqləndi: ÜST ilk kimlərə vurula biləcəyini elan etdi
ÜST meymunçiçəyi xəstəliyinə qarşı ilk peyvəndi təsdiqləyib.
Danimarkalı istehsalçı "Bavarian Nordic A/S" tərəfindən istehsal edilən MVA-BN peyvəndi Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) ilkin kvalifikasiyasından keçib və meymunçiçəyi xəstəliyinə qarşı təsdiq edilən ilk preparat olub.
Oxu.Az-ın məlumatına görə, bu barədə sentyabrın 13-də ÜST-ün saytında məlumat verilib.
"ÜST elan edib ki, MVA-BN peyvəndi onun ilkin kvalifikasiya siyahısına daxil ediləcək ilk çiçək əleyhinə peyvənd olacaq", - sənəddə qeyd olunub.
Təşkilatın məlumatına görə, MVA-BN peyvəndi yoluxma riski yüksək olan 18 yaşdan yuxarı şəxslərin müalicəsində istifadə edilə bilər.
"Peyvənd dörd həftə intervalla iki doza şəklində inyeksiya kimi tətbiq edilir. Hazırda MVA-BN peyvəndi 18 yaşdan kiçik şəxslər üçün lisenziyalaşdırılmasa da, körpələr, uşaqlar və yeniyetmələr, həmçinin hamilə qadınlar və immuniteti zəif olan insanlar üçün "təyinatdan kənar" istifadə edilə bilər", - bəyanatda qeyd olunub.
"Meymunçiçəyi virusu" teqi üzrə xəbərlər
- Meymunçiçəyinə yoluxan Azərbaycan vətəndaşı evə buraxıldı
- DGK: "Meymunçiçəyinə görə riskli ölkələrdən Azərbaycana gələnlər XÜSUSİ yoxlanılırlar"
- Azərbaycanda meymunçiçəyinə yoluxmuş şəxslə bağlı DETAL: Cinsi münasibət zamanı keçibmiş
- Terapevt meymunçiçəyi virusuna qarşı peyvəndlərdən danışıb
- Meymunçiçəyinə yoluxan Azərbaycan vətəndaşının son vəziyyəti AÇIQLANDI