Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Milad bayramında övladını tək qoyan valideynlər həbs edilib
ABŞ-da 11 yaşlı oğlunu Milad bayramında tək qoyan valideynlər həbs edilib.
Arizona polisinin məlumatına görə, Melissa Qrin və Bobbi Co Qrin uşağa qarşı zorakılıqda ittiham olunub.
Onların qonşusu polisə xəbər verib ki, cütlük uşağı evdə tək qoyaraq istirahətə yollanıb.
Məktəbli polisə bildirib ki, acından ölmür - soyuducuda dondurulmuş yeməklər var. Amma oğlan iki həftə məktəbə getməyib.
Melissa və Bobbi dekabrın 30-da evə qayıdarkən həbs olunub.
Cütlük indi “Cochise County” həbsxanasındadır və istintaqın nəticəsini gözləyir.
Mənbə: gazeta.ru
Ən çox oxunanlar