Rusiya paytaxtında iki yüksək rütbəli məmur koronavirusa yoluxub.
Bu barədə “BAZA” “Telegram” kanalı xəbər yayıb.
Onlardan biri şəhər meriyasının sosial müdafiə şöbəsi müdirinin birinci müavini Aleksandra Aleksandrovadır. Digəri isə Moskva şəhərinin Mənzil Kommunal Təsərrüfatı Departamenti rəhbərinin müavini İqor Polevoydur.
Qeyd edək ki, hazırda Rusiyada 62 773 nəfər koronavirusa yoluxub. Onlardan 555 nəfəri ölüb, 4 891 nəfəri sağalıb.
