Moskvanın mərkəzində inkassator maşınına hücum olub, maşında olan şəxslərdən biri yaralanıb.
Oxu.Az RİA Novosti-yə istinadən xəbər verir ki, hücum edən şəxslərin qəniməti 320 min dollar olub.
Zərərçəkən inkassatorlar bir bankdan digərinə pul aparırdılar.
Hadisə yerinə FHN və hüquq-mühafizə orqanı əməkdaşları gəlib, həmçinin təcili tibbi yardım çağırılıb.
N.O.
www.oxu.az