Fevralın 20-də İraqın Mosul şəhərində terror aktı törətmiş britaniyalı əvvəllər ABŞ Hərbi Dəniz Qüvvələrinin bazasındakı Quantanamo həbsxanasında saxlanılıb.
Oxu.Az-ın Report-a istinadən verdiyi xəbərə görə, bu barədə “The Daily Telegraph” yazıb.
Qəzetin məlumatına görə, Camal əl-Harit (əsl adı Ronald Fiddl) Quantanamodan 2004-cı ildə azad olunub. O, 2014-cü ildə Suriyaya gedərək İŞİD terror təşkilatının cərgələrinə qoşulub.
Terrorçu fevralın 20-də minalanmış maşını Təl Kisum kəndində özü ilə bir yerdə partladıb.
N.O.
www.oxu.az