Hama əyalətinin şimal hissəsində aparılan döyüşlər nəticəsində Suriya müxalifətinin bölükləri Taybet əl-İmam rayonuna nəzarəti ələ keçiriblər.
Oxu.Az xəbər verir ki, bu barədə Anadolu agentliyi məlumat yayıb.
Yerli mənbələrin məlumatına görə, döyüşlərin gedişatında müxaliflər yaxınlıqdakı yüksəkliklərə doğru irəliləməyə müvəffəq olublar.
Hazırda müxalifət bölükləri cənub istiqamətindən Kahmane rayonuna doğru irəliləməyə çalışırlar.