Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Nadir avtomobillər inanılmaz qiymətlərə satıldı
Almaniyanın Teqernze şəhərində keçirilən "RM Sotheby's" hərracında nadir "Mercedes-Benz SLR McLaren Stirling Moss" yeni sahibinə qovuşub.
Oxu.Az championat.com-a istinadən xəbər verir ki, cəmi 45 ədəd nüsxə ilə istehsal edilmiş avtomobildən biri 3,4 milyon avroya satılıb.
Hərracda həmçinin 1966-cı ildə buraxılmış "Ferrari 275 GTB/6C" də yüksək qiymətləndirilib. Onun yeni sahibi "Ferrari Classiche" sertifikatlı avtomobil üçün 2,5 milyon avro ödəyib.
Bundan əlavə, məşhur "Mercedes-Benz 190 E 2.5-16 Evo II"nin müasir versiyası olan HWA EVO restomodunun ilk nüsxəsi 1,3 milyon avroya satılıb.
"Porsche 911"ə bənzədilmiş 1989-cu ilin "Ruf SCR" kupesi isə 1,1 milyon avroya alıcı tapıb.
"Porsche 935" (2019) və "Porsche Carrera GT" (2006) üçün bir milyon avrodan çox pul ödənilib. 1949-cu ilin "Talbot-Lago T26 Grand Sport Coupé" avtomobili isə 961 min avroya satılıb.
Rəylər