Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Firuzə Quliyeva: "Şuşa işğal olunanda həyat yoldaşım ağır stres keçirdi, vəfat etdi"
"Körpə övladlarımla çıxdığım Şuşaya nəvələrimlə qayıdıram".
Bunu Oxu.Az-a açıqlamasında bu gün Şuşa şəhərinə köç edən keçmiş məcburi köçkün Firuzə Ənvər qızı Quliyeva deyib.
O qeyd edib ki, Şuşa işğal olunanda onun həyat yoldaşı da vəfat edib:
"1979-cu ildə ailə qurub Şuşaya köçmüşəm. Şuşa işğal olunanda həyat yoldaşım ağır stres keçirdi, vəfat etdi. Beş övladı təkbaşına böyütmüşəm. Çox çətinliklər yaşamışıq. Yeni Yasamalda məskunlaşmışdıq. Körpə balalarımla çıxdığım Şuşaya indi nəvələrimlə qayıdıram.
Bu günləri bizə yaşatdığı üçün Ali Baş Komandanımıza, müzəffər Ordumuza minnətdarıq. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə cansağlığı versin!"
Qeyd edək ki, bu gün növbəti köç karvanı Şuşa şəhərinə yola salınır. Bu mərhələdə daha 21 ailə (79 nəfər) öz doğma yurduna köçürülür.
Xatırladaq ki, indiyədək Şuşa şəhərində 147 ailənin (570 nəfərin) daimi məskunlaşması təmin edilib.
Aytac Qasımova
"Böyük Qayıdış" teqi üzrə xəbərlər
- Cəbrayıl şəhərinə köç edən ailələrə mənzillərinin açarları təqdim edilib
- Cəbrayıl sakini: "Yoldaşımla çıxdığım doğma torpağıma indi nəvələrimlə qayıdıram"
- Cəbrayıla qayıdan sakin: "Ağrılı-acılı günlər keçmişdə qaldı"
- Səhiyyə Nazirliyi Zəngilan rayonunda əhali üçün səyyar müayinələr təşkil edib
- Cəbrayıl şəhərinə köç edən ailələrə mənzillərinin açarları təqdim edilib