"National Geographic" telekanalının Bakı haqqında yeni filmi “Dünyanın tədqiq edilməmiş şəhərləri” filmləri silsiləsini açır.
Oxu.Az-ın məlumatına görə, 2017-ci ilin sentyabrın 24-dən "National Geographic" telekanalında bütün Avropa, Yaxın Şərq və Afrika ərazisində “Dünyanın tədqiq edilməmiş şəhərləri: Bakı” adlı sənədli filmin premyerası gedir.
Bu gündən Azərbaycanın sakinləri "National Geographic" telekanalının ölkə ərazisində yayımlanan rus versiyasında filmə baxmaq imkanını əldə edirlər. Son 10 ildə Azərbaycanın paytaxtı Bakı şəhəri ciddi transformasiya yaşayıb. Şəhər inkişafa doğru möhtəşəm sıçrayış edib və dünyanın ən gözəl, inkişaf etmiş şəhərlərindən birinə çevrilib.
"National Geographic" filmi sayəsində bəşəriyyətin Bakıda ahəngdar şəkildə uzlaşan ən qədim ənənələri və ultramüasir arxitekturası ilə tanış olmaq olar. Bu, Bakının tarixi və müasirliyi haqqında çəkilmiş və bütün dünyada milyonlarla insanın görəcəyi ilk sənədli filmdir.
"National Geographic" telekanalının “Dünyanın tədqiq edilməmiş şəhərləri: Bakı” filmində Azərbaycanın paytaxtını nəyin unikal etdiyini, onun küçələrinin gizlətdiyi sirləri özünüz üçün kəşf edin və onun qədim ənənələrinin sizi valeh etməsinə imkan verin.
Filmin treyleri:
Nümayişin cədvəli:
5 oktyabr - 22:45, Bakı (21:45, Moskva)
6 oktyabr – 15:50, Bakı (14:50, Moskva)
7 oktyabr – 21:15, Bakı (20:15, Moskva)
N.O.