Nepal ordusu Katmandudakı Tribhuvan Beynəlxalq Hava Limanına nəzarəti ələ alıb.
Oxu.Az xəbər verir ki, bu barədə "Kathmandu Post" qəzeti məlumat yayıb.
Hava limanının bağlanması səbəbindən yüzlərlə sərnişin Nepaldan uça və ya ölkəyə enə bilməyib. Daha əvvəl Nepal Turizm Şurası və yerli aviaşirkətlər ölkədəki bütün hava limanlarının sentyabrın 11-dək bağlı qalacağını, həmçinin bağlanmanın uzadılması ehtimalının olduğunu açıqlamışdılar.
Eyni zamanda Katmanduda davam edən kütləvi iğtişaşlar fonunda soyğunçuluq halları da qeydə alınıb.
Nepalın paytaxtı Katmandu şəhərinin Koteşvor rayonunda nümayişçilərin hücumu nəticəsində üç polis əməkdaşı həlak olub.
Oxu.Az bu barədə "Khabarhub" portalına istinadla xəbər verir.
Məlumata görə, iğtişaşçılar əvvəlcə polis məntəqəsinin binasını yandırıblar, sonra isə polisləri oradan küçəyə çıxarıblar.
Polislər təslim olub silahlarını yerə qoymalarına baxmayaraq, kütlə üç polisi döyərək onları öldürüb.
Nepalda etirazçılar Bhayrahavada yerləşən Qautam Budda adına Beynəlxalq Hava Limanını yandırıblar.
Oxu.Az xəbər verir ki, bu barədə "Kathmandu Post" qəzeti məlumat yayıb.
Məlumata görə, təxminən 1 000 nümayişçi hava limanının ərazisinə daxil olaraq əmlaka zərər vurub və bir neçə avtomobili yandırıb.
Eyni zamanda, Nepal Silahlı Qüvvələri "Gen-Z" gənclər hərəkatının etirazları nəticəsində yaranmış iğtişaşlar fonunda xalqı və dövlət əmlakını qorumaq öhdəliyinə sadiq olduqlarını bəyan ediblər.
Ordu vəziyyətin daha da gərginləşməsinin qarşısını almaq üçün vətəndaşlara təmkinli davranmağı tövsiyə edib.
Ölkədəki iğtişaşlar fonunda Nepal Prezidenti Ram Çandra Paudel milli birliyə çağırış edib və vəziyyətin sülh yolu ilə həlli üçün əməkdaşlığa hazır olduğunu bəyan edib.
Oxu.Az xəbər verir ki, bu barədə AFP məlumat yayıb.
Məlumata görə, dövlət başçısı etirazçıları danışıqlara dəvət edib.
"Mən hamını, o cümlədən etirazçı vətəndaşları ölkədəki çətin vəziyyətin sülh yolu ilə həlli üçün əməkdaşlığa çağırıram", - deyə Ram Çandra Paudel bildirib.
Bundan başqa, "Kathmandu Post" nəşrinin məlumatına görə, iğtişaşçılar Bhayrahava hava limanını yandırıblar.
Nepal Prezidenti Ram Çandra Paudelin istefa xəbəri təkzib edilib.
Oxu.Az "India Today" agentliyinə istinadən xəbər verir ki, məlumatı Nepalın prezident aparatı dərc edib.
Eyni zamanda, sosial şəbəkələrdə ölkənin maliyyə nazirinin qəzəbli etirazçıların əlinə düşdüyünü əks etdirən görüntülər yayılıb.
Nepalın sabiq Baş nazirinin həyat yoldaşı etirazçıların onların yaşadığı evə hücumundan sonra həyatını itirib.
Oxu.Az xəbər verir ki, bu barədə yerli Khabarhub" agentliyi məlumat yayıb.
Arzu Ranu Deuba ölkənin xarici işlər naziri postunu tuturdu.
Hadisə onların Dalludakı iqamətgahında baş verib. Etirazçıların sabiq baş nazirin iqamətgahını yandırıblar. Bu zaman iqamətgahda olan qadın isə yanaraq faciəli şəkildə həyatını itirib.
Nepalda etirazçılar repçi Balendra Şahın yeni baş nazir təyin olunmasını tələb ediblər.
Oxu.Az xəbər verir ki, bu barədə "India Times" məlumat yayıb.
"Nepalda etiraz edən zumerlər özlərinə yeni baş nazir seçiblər. Onlar bu vəzifəyə reperin təyin olunmasını tələb edirlər", - məlumatda bildirilir.
Qeyd olunur ki, hazırda ifaçı gənclər arasında populyardır, çünki o, təkcə musiqiçi karyerası deyil, həm də Katmandu şəhərinin meridir. Sadə bir reper olan və çətin həyat haqqında mahnılar bəstələyib ifa edən Şah 2022-ci ildə uğur qazanıb və Katmandu şəhərinin 15-ci meri olub ki, bu da, zumerlər arasında ona hörmət qazandırıb.
Nepal Prezidenti Ram Çandra Paudel ölkədə kütləvi iğtişaşlar fonunda istefa verib.
Oxu.Az "Belta"ya istinadən xəbər verir ki, etirazçılar ölkənin onların nəzarətinə keçdiyini bəyan edərək, yeni hökumətin formalaşdırılmasına və seçkilərin keçirilməsinə çağırıblar.

Nepalın paytaxtı Katmanduda etirazçılar parlament binasını ələ keçirərək yandırıblar.
Oxu.Az-ın AFP-yə istinadən verdiyi xəbərə görə, bu barədə qanunverici orqanın nümayəndəsi Ekram Qiri məlumat verib.
"Yüzlərlə insan parlament binasını ələ keçirib və əsas binanı yandırıb", - Qiri bildirib.
Zorakılıq dalğası təkcə dövlət qurumları ilə məhdudlaşmayıb. Nümayişçilər Katmandudakı məşhur "Hilton" hotelini də yandırıblar.

Nepalın keçmiş baş naziri Şer Bahadur Deuba və xarici işlər naziri postunu tutan həyat yoldaşı Arzu Rana Deubaya hücum olunub. Həmçinin, yüksəkrütbəli məmurların etirazçılar tərəfindən fiziki təzyiqə məruz qaldığı bildirilir. Etirazçılar etirazçılardan gizlənməyə çalışan maliyyə naziri Prasad Paudelə də hücum ediblər".
Məlumata görə, Nepalda davam edən iğtişaşlar nəticəsində ölənlərin 22 nəfərə çatıb.
Etirazlar rəsmi liderlər olmadan keçirilsə də, onlara "Hami Nepal" qeyri-kommersiya gənclər təşkilatının sədri Sudan Qurunq rəhbərlik edib.
Nepalın baş naziri Khadma Prasad Şarma Oli hökumətin sosial media qadağası ilə bağlı etirazların şiddətlənməsi fonunda istefa verib.
Oxu.Az "India Today"ə istinadən xəbər verir ki, bunu onun köməkçisi Prakaş Silval təsdiqləyib.
Qeyd edək ki, Nepalda hökumətin sosial media platformalarına qoyulan qadağanı aradan qaldırdığını elan etməsinə baxmayaraq, etirazlar ikinci gündür davam edir. Nümayişçilər bazar ertəsi 20 nəfərin öldürülməsindən və 250-dən çox insanın yaralanmasından sonra Olinin istefasını və hökumətin istefasını tələb ediblər.
Nepal hökumətinin üzvləri ölkədəki etirazlarla əlaqədar olaraq mülki uçuşlar üçün fəaliyyətini dayandıran Katmandu Beynəlxalq Hava Limanına hərbi vertolyotlarla təxliyə edilirlər.
Məlumata görə, əməliyyata azı beş helikopter cəlb olunub. Hava limanına ən azı 300 hərbçi yerləşdirilib. Bildirilir ki, həmçinin baş nazir Şarma Olinin təxliyəsi də mümkündür.
Nepalda etirazçılar ölkə Prezidenti Ram Çandra Paudelin iqamətgahına girərək onu yandırıblar.
Oxu.Az-ın xəbərinə görə, bu barədə NDTV kanalı məlumat yayıb.
Kanal sosial şəbəkələrdən nümayişçilərin prezident evini necə dağıtdığını əks etdirən videoçarx nümayiş olunub.
Həmçinin bildirilib ki, Nepalda 19 nəfərin öldürüldüyü kütləvi etirazlardan sonra sosial şəbəkələrə qoyulan qadağa aradan qaldırılıb.
Nepal Nazirlər Kabinetinin nümayəndəsi bildirib ki, ölkə hakimiyyəti bütün ölkəni bürümüş kütləvi etirazlardan sonra bir gün ərzində 20-dən çox sosial şəbəkə və mesencerin bloklanmasını aradan qaldırıb. Nümayişlər zamanı 19 nəfər həlak olub, 100-dən çox iştirakçı yaralanıb.
Sosial şəbəkələrin və mesencerlərin bloklanması barədə qərar Nepal hakimiyyəti tərəfindən sentyabrın əvvəlində verilib. Qadağaya "Facebook", "Instagram", "WhatsApp" və "YouTube" daxildir.
Bundan əvvəl, nümayişçilər Nepalın paytaxtı Katmanduda bir neçə siyasətçinin iqamətgahını yandırıblar.