Niderlandın Utrext şəhərinin bir çox müəssisələrində içməli suda bakteriya aşkarlandığı üçün müvəqqəti olaraq qəhvə və çay verilmir.
Oxu.Az xəbər verir ki, bu barədə məlumatı "RTV Utrecht" yayıb.
Bildirilir ki, bir neçə gün əvvəl Utrextdəki içməli su çənində bakteriyalar aşkarlandıqdan sonra yaxın günlərdə bölgənin bir çox müəssisələrində bir fincan qəhvə və ya çay almaq çətin olacaq.
İçkilərin satışında problemlər şəhərin dəmiryol stansiyalarında və Utrext Universitetinin xəstəxanasının ambulator şöbəsində də müşahidə olunur.
Xəbərdarlıq edilib ki, ən azı çərşənbə gününə qədər bölgənin bir çox rayonlarında suyu istifadə etməzdən əvvəl ən azı üç dəqiqə qaynatmaq lazımdır.