"Atletik Bilbao"nun hücumameyilli yarımmüdafiəçisi Niko Uilyams "Barselona"ya transfer olunmağa yaxındır.
Oxu.Az xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat yayıb.
O qeyd edib ki, artıq 22 yaşlı ispaniyalı futbolçunun razılığı alınıb və klublar arasında şərtlər razılaşdırılır. Liberiyaəsilli futbolçunun "Barselona"ya 58 milyon avroya başa gələcəyi bildirilir.