Ermənistanın baş naziri Nikol Paşinyan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın andiçmə mərasimində iştirak etmək üçün Ankaraya gəlib.
N.Paşinyanı Türkiyə səfərində parlamentin vitse-spikeri, Ankara ilə münasibətlərin normallaşdırılması prosesində İrəvanın xüsusi nümayəndəsi Ruben Rubinyan müşayiət edir.
Ermənistanın Baş nazirini hava limanında Türkiyənin Ermənistanla dialoq üzrə xüsusi nümayəndəsi Serdar Kılıç qarşılayıb.
Nikol Paşinyan Türkiyənin paytaxtı Ankarada - VİDEO
Mənbə: Sputnik Ermənistan