İsveç akademiyası, bir müddət öncə ədəbiyyat üzrə Nobel mükafatına layiq görülən amerikalı şair və musiqiçi Bob Dilan ilə əlaqə qurmaq üçün göstərdiyi cəhdlərə son qoyub.
Oxu.Az bu barədə BBC-yə istinadən xəbər verir.
“Biz indi heç bir şey etmirik”, - akademiyanın daimi katibi Sara Danius bildirib. “Mən onun nümayəndəsinə zəng etmişəm və elektron məktub yollamışam və məqbul cavablar almışam. Hələlik, bu, yetərlidir”, - o deyib.
Dilanın dekabrın 10-na təyin edilmiş mükafatların təqdimetmə mərasiminə gələcəyi məlum deyil.
“Gəlmək istəməsə, gəlməyəcək. Amma buna baxmayaraq, onun şərəfinə təntənəli gecə təşkil ediləcək”, - Danius jurnalistlərə deyib.
Dilan indiyə qədər oktyabrın 13-də elan edilmiş mükafat barədə şərh verməyib.
Bob Dilan mahnı mətnlərinə görə ədəbiyyat üzrə ilk Nobel mükafatı alan laureatdır.
N.O.
www.oxu.az