Nyu-Yorkun polis əməkdaşları sallaqxanadan qaçan öküzü təqib ediblər.
Oxu.Az xəbər verir ki, bu barədə videonu BFM TV dərc edib.
Asayiş keşikçiləri Kvinsin küçələrində heyvanı avtomobil ilə təqib ediblər. Polislərin həmlələrinə baxmayaraq, öküz bir neçə dəfə təqibdən yayına bilib. Öküzü yalnız trankvilizator ilə vurduqdan sonra tutmaq mümkün olub.
N.O.
www.oxu.az