Nyu-Yorkun mərkəzində, Taym-Skver meydanında hərəkətdə olan avtomobil piyadalara çırpılıb.
Oxu.Az-ın məlumatına görə, bu barədə cümə axşamı, mayın 18-də, Metro nəşri yazır.
Şahidlər hadisə yerindən fotoları Twitter sosial şəbəkəsində paylaşıblar.
What's happening in Times Square?? This car was in the sidewalk and people are on the streets pic.twitter.com/PsepRtfrAr
— gb (@gb__) 18 мая 2017 г.
Nəşrin xəbərinə əsasən, hadisə nəticəsində 1 piyada ölüb, daha 13 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Hadisəni törədən sürücü saxlanılıb. Şahidlər onun avtomobili qəsdən adamların üzərinə sürdüyünü iddia edirlər.
S.B.
www.oxu.az