Rusiyanın Nyu-Yorkdakı konsulluğunun növbətçi komendantının başından zədələnmiş meyiti tapılıb.
Oxu.Az-ın APA-ya istinadən xəbərinə görə, bu barədə “RİA Novosti”yə Nyu-York şəhər polis idarəsinin nümayəndəsi Con Devis bildirib.
Nyu-York polisi insidentin təfərrüatlarını araşdırır.
Meyit baş konsulluğun ərazisində aşkarlanıb.
İstintaqın ilkin nəticələrinin bu həftə ərzində açıqlanacağı gözlənilir.
S.B.
www.oxu.az