ABŞ prezidenti Barak Obama Yaponiya baş naziri Sindzo Abenin Perl-Harbora səfərini “tarixi jest” adlandırıb.
Oxu.Az-ın xəbərinə görə, bu barədə “Qafqazinfo” RİA Novosti-yə istinadən məlumat verir.
Məlumata əsasən, Obama çıxışında “Bu tarixi jest, Amerika ilə yapon xalqı arasında barışıq və birliyin gücünü göstərir. Hətta ən dərin müharibə yaraları belə yerini dostluq və uzunmüddətli sülhə verə bilər”, - deyə bildirib.
Abe öz nitqində 75 il əvvəl həlak olanlara başsağlığı versə də üzr istəməyib.
Qeyd edək ki, Yaponiyanın Perl-Harbora hücumu nəticəsinə 2400 amerikalı ölmüş, mindən çoxu isə yaralanmışdı.
N.О.