Moskvanın Qərbi Biryulyovo rayonunun sakini Yeqor Şerbakovun qətlində şübhəli bilinən Azərbaycan vətəndaşı Orxan Zeynalov ilkin dindirmə zamanı qətli törətdiyini etiraf edib.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, bu barədə Rusiya DİN-in Moskva şəhəri üzrə Baş İdarəsindən bildirilib.
Orxan Zeynalov müvəqqəti saxlanma təcridxanasına yerləşdirilib.
Qeyd edək ki, 1982-ci il təvəllüdlü Orxan Zahid oğlu Zeynalov Moskva ətrafı vilayətdə, Kolomna şəhərində xüsusi təyinatli SOBR dəstələri tərəfindən saxlanılıb.