Yaxın günlərdə Özbəkistanın Cizak vilayətində gələcək Atom Elektrik Stansiyasının (AES) ilk reaktor blokunun tikintisinə başlanılacaq.
Oxu.Az "İzvestiya"ya istinadən xəbər verir ki, bu barədə Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Düşənbədə keçirilən ikinci Mərkəzi Asiya-Rusiya Sammiti zamanı bildirib.
"Yaxın günlərdə tarixi hadisə baş verəcək - Özbəkistanda gələcək AES-in ilk reaktor blokunun, eləcə də çoxfunksiyalı Nüvə Təbabəti Mərkəzinin tikintisinə start veriləcək", - dövlət başçısı qeyd edib.