Bu gün yerli vaxtla saat 06:00-da Özbəkistanda prezident seçkiləri başlayıb, seçki məntəqələri açıq elan edilib, Oxu.Az “İnterfaks”a istinadən xəbər verir.
Özbəkistanın dövlət başçısı vəzifəsi uğrunda dörd nəfər mübarizə aparır.
Onlar Özbəkistan Liberal-demokratik partiyasının namizədi İslam Kərimov, Milli-Demokratik partiyanın nümayəndəsi Xatamjon Ketmonov, “Milli tiklaniş” Demokratik partiyasının üzvü Akmal Saidov və “Adolat” sosial-demokratik partiyasının namizədi Narimon Umarovdur.
Səsvermə yerli vaxtla saat 20:00-dək davam edəcək.