Əfqanıstan hərbçiləri və "Fitnə əl-Həvaric" (əvvəllər "Təhriki-Taliban Pakistan" və ya "Pakistan taliblərinin hərəkatı" kimi tanınırdı - red.) qruplaşmasının silahlıları ilə toqquşmalarda azı 23 pakistanlı hərbi qulluqçu həlak olub.
Oxu.Az bildirir ki, bu barədə Pakistan ordusunun İctimaiyyətlə Əlaqələr üzrə İdarələrarası Xidməti məlumat yayıb.
Qeyd edilir ki, gecə saatlarında baş vermiş atışmalar zamanı daha 29 əsgər ölkənin ərazi bütövlüyünü qoruyarəkən yaralanıb.
"Etibarlı kəşfiyyat məlumatlarına görə, "Pakistan taliblərinin hərəkatı"nın 200-dən çox silahlısı zərərsizləşdirilib, yaralıların sayı isə xeyli çoxdur", - məlumatda deyilir.