Pakistan parlamenti hinduizm (red.- Hind yarımadasında yaşayan yеrli əhalinin mənsub olduğu dindir) dininin nümayəndələri arasında nikahların bağlanmasını tənzimləyən qanun qəbul edib. Bu qanun ümummilli səviyyədə qəbul edilmiş ilk qanundur.
Oxu.Az bu barədə BBC-yə istinadən xəbər verir.
Əsasən müsəlmanların yaşadığı Pakistanda bir neçə milyon hindust yaşayır. Pakistanın əhalisinin ümumi sayı təxminən 200 milyon nəfərdir.
İndiyə qədər nikahlar yalnız, hindustların daha çox yerləşdiyi Sind əyalətinin hakimiyyəti tərəfindən qəbul edilirdi.
Belə qanunun qəbul edilməsi, bu təriqətə qulluq edən qadınların evli olduqlarını təsdiqləyən sənədi ala biləcəklər deməkdir.
Qanun həmçinin nikaha daxil olma yaşının 18 olduğu da qeyd edilir.
Hindustlar da xristianlar kimi Pakistanda azlıq təşkil edirlər və tez-tez diskriminasiya ilə rastlaşırlar.
N.О.
www.oxu.az