Pakistanın şimali-qərbində Paraçinar şəhərində baş verən partlayış nəticəsində ən azı 15 nəfər ölüb, 100-ə yaxın adam müxtəlif dərəcəli xəsarətlər alıb.
Oxu.Az xəbər verir ki, bu barədə yerli hakimiyyətə istinadən “Geo TV” telekanalı məlumat yayıb.
Daha öncə beş nəfərin öldüyü, 40 nəfərin yaralandığı barədə məlumat yayılmışdı.
11:07
Pakistanın şimali-qərbində Paraçinar şəhərində baş verən partlayışda beş nəfər ölüb, ən azı 40 nəfər yaralanıb.
Oxu.Az xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.
Bütün yaralılar xəstəxanaya çatdırılıb. Partlayışın səbəbi bildirilmir.
N.О.
www.oxu.az