Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Pakistanın müdafiə naziri: "İslamabadın Hindistandakı terror hücumu ilə heç bir əlaqəsi yoxdur"
Hindistan hakimiyyəti "Ləşkər-e-Taybə" radikal qruplaşmasının terrorçuları ilə Pakistan arasında əlaqəyə dair sübut təqdim etməyib, Nyu-Dehli bölgədəki vəziyyətin destabilizasiyası üçün terror hücumundan istifadə edib.
Oxu.Az xəbər verir ki, bu fikri Pakistanın müdafiə naziri Xavaca Asif "Sky News" telekanalına müsahibəsində bildirib.
"Onlar (Hindistan hakimiyyəti - red.) Pakistanı nədəsə sadəcə ittiham etmək və öz maraqlarına uyğun vəziyyət yaratmaq üçün heç vaxt heç bir sübut təqdim etməyiblər. Bizim buna dəxlimiz yoxdur. Bizim bununla heç bir əlaqəmiz yoxdur", - deyə nazir əmin edib.
Onun qiymətləndirməsinə görə, "Ləşkər-e-Taybə" qruplaşması Pakistan ərazisində fəaliyyət göstərmir - ABŞ və Hindistan kəşfiyyat xidmətləri heç bir sübut olmadan yanlış nəticələr çıxarıblar. Nazir əlavə edib ki, Pakistanın təhlükəsizlik orqanları hər şeyin regionda sabitliyi pozmaq məqsədi ilə səhnələşdirildiyini müəyyən ediblər.
"Hindistan-Pakistan gərginliyi" teqi üzrə xəbərlər
- Hindistan-Pakistan sərhədində gərginlikdən sonra bağlanan hava limanları yenidən açılacaq
- Hindistanın Tehrandakı səfirliyindən İranın XİN başçısına edilən təhqirlə bağlı AÇIQLAMA
- Rəsmi Bakıdan Pakistan-Hindistan arasında elan edilmiş atəşkəsə REAKSİYA
- Hindistan və Pakistan atəşkəslə bağlı razılığa gəldilər: İslamabad hava məkanını açır
- Pakistan Hindistanla münaqişədə nüvə ssenarisini rədd edir