Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Paşinyan: "İrəvan Moskva ilə münasibətləri dərinləşdirmək niyyətindədir"
"İrəvan Moskva ilə əlaqələri gücləndirmək niyyətindədir və Qərblə münasibətləri Rusiyanın hesabına qurmaq fikrində deyil".
Oxu.Az-ın TASS-a istinadən verdiyi xəbərə görə, bu sözləri Ermənistan baş naziri Nikol Paşinyan parlamentdə deputatlardan birinin onun Moskvada Qələbə paradına qatılmaq planlarına görə Qərbin mümkün mənfi reaksiyası ilə bağlı sualını şərh edərkən deyib.
"Ermənistan balanslaşdırma siyasətini qəbul edib. Bu siyasət heç vaxt belə bir məntiqə əsaslanmayıb ki, biz Rusiya Federasiyasına səfər etməyəcəyik, Rusiya ilə münasibətləri dərinləşdirməyəcəyik və ya Ermənistan-Rusiya münasibətləri hesabına münasibətlər qurmayacağıq. Tədbir İkinci Dünya müharibəsində qələbəyə həsr olunub, lakin digər mühüm məsələlər də müzakirə olunacaq, ona görə də bu fürsəti əldən vermək olmaz", - deyə Paşinyan qeyd edib.
"Nikol Paşinyan" teqi üzrə xəbərlər
- Qərblə Rusiya arasında qalan Ermənistan: Koçaryanın revanşist həmlələri
- Ermənistanın keçmiş prezidenti: "Biz İranla strateji əməkdaşlıq qurmalıyıq"
- Azərbaycanla müqavilə imzalandıqdan sonra Ermənistan Rusiyanın 102-ci hərbi bazasını bağlayacaq?
- Paşinyan Albaniyada hansı ölkəni təmsil edib?
- Bir görüşün psixoloji mesajı: İlham Əliyevin dominantlığı və Paşinyanın gərginliyi