"Ermənistan daxilində gizli planın həyata keçirilməsi üçün resurslar yoxdur".
Oxu.Az-ın erməni KİV-ə istinadən xəbərinə görə, bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan parlamentdə 2027-ci il dövlət büdcəsinin ilkin müzakirəsi zamanı müxalifət tərəfindən elan edilən "gizli plan"a münasibət bildirərkən deyib.
"Aydındır ki, bu plan Aİİ (Avrasiya İqtisadi İttifaqı) və Rusiyadakı müəyyən dairələrin dəstəyinə malikdir. Bunun üçün öz səbəbləri də var, çünki Ermənistana olduqca konkret vədlərlə insanlar göndərilib", - deyə o bildirib.
Paşinyan qeyd edib ki, zaminlərin işə salındığı bütün hallarda hər şey fəlakətlə nəticələnib.
"Ermənistanda müxalifətin fəaliyyəti müəyyən zaminlərin təqdim etdiyi zəmanətlərlə əlaqəlidir. Bu dəfə onların himayəsi altında fəaliyyət siyasi fəlakətlə nəticələnəcək", - deyə Paşinyan bildirib.
Eyni zamanda o vurğulayıb ki, müxalifətin fəlakətdən yayınmaq üçün hələ vaxtı var.