Fransa prokurorluğu çərşənbə günü axşam Pavel Durovun vəziyyəti ilə bağlı bəyanat yaymağı planlaşdırır.
Oxu.Az bu barədə RİA Novosti-yə istinadən xəbər yayıb.
Nəzarət orqanının məlumatına görə, hələlik "Telegram" işində yalnız Pavel Durovun özüdür.
"Telegram"ın həmtəsisçisi Pavel Durovun qardaşı Nikolay Durov da Fransada axtarışa verilib.
Oxu.Az xəbər verir ki, bu barədə "Politico" məlumat yayıb.
Məlumata görə, martın 25-də mütəşəkkil dəstənin tərkibində yetkinlik yaşına çatmayanların pornoqrafik şəkillərinin saxlanması, yayılması və ya onlara əlçatanlığın təmin edilməsində iştirak ittihamı ilə Pavel və Nikolayın həbsinə order verilib.
Nikolay Valeryeviç Durov 21 noyabr 1980-ci ildə anadan olub. Şayiələrə görə, o, üç yaşında oxuya, səkkiz yaşında isə kub tənliklərini həll edə bilirmiş.
Nikolay üç il ardıcıl, 1996-98-ci illərdə Beynəlxalq Riyaziyyat Olimpiadasının lideri olub. O, həmçinin, İnformatika üzrə Beynəlxalq Olimpiadanın gümüş mükafatçısı olub.
Nikolay Sankt-Peterburq Dövlət Universitetini bitirib. Təhsil aldığı müddətdə universitet komandasının tərkibində 2000 və 2001-ci illərdə proqramlaşdırma üzrə beynəlxalq müsabiqənin qalibi olub.
Sonra Almaniyanın Bonn Universitetində təhsilini davam etdirib və burada Arakelov həndəsəsi üzrə dissertasiya müdafiə edib. Onun riyaziyyat üzrə iki doktorluğu var.
Pavel Durov böyük qardaşından bir dahi kimi danışır və həmişə onun riyazi biliklərindən heyranlıqla söhbət açırdı.
Nikolay Pavelə "VKontakte" sosial şəbəkəsini yaratmaqda kömək edib. Ehtimal olunur ki, Pavel bunu Mark Zukerberqin 2004-cü ilin fevralında əsası qoyulan "Facebook" layihəsindən ilhamlanaraq icad edib.
Rəylər