ABŞ Ukraynanın Silahlı Qüvvələrinin potensialını artırmaq niyyətindədir.
Oxu.Az xəbər verir ki, bu barədə Pentaqonun rəsmi nümayəndəsi Kortni Hillson bəyan edib və onun bəyanatı nazirliyin saytında yerləşdirilib.
Hillsonun sözlərinə görə, Pentaqonun rəhbərinin müavini Bob Uork Kiyevə hərbi yardımı Ukraynanın xarici işlər naziri Pavel Klimkin ilə müzakirə edib.
“Uork vurğulayıb ki, ABŞ əvvəlki kimi Ukraynanın suverenliyini və ərazi bütövlüyünü dəstəkləyir və ölkənin silahlı qüvvələrinin potensialını möhkəmləndirməyi məqsəd götürüb”, - o bildirib.
Uorkun sözlərinə görə, Pentaqon nümayəndəsi, həmçinin Kiyevi Ukraynanın müdafiə kompleksinin müəssisələrinin səmərəliliyini artıracaq islahatlar aparmağa çağırıb.
N.O.
www.oxu.az