PKK terror təşkilatı mayın 5-7-də qurultay keçirib.
Oxu.Az NTV telekanalına istinadla xəbər verir ki, qurultayda PKK-nın özünün buraxmasına dair qərar qəbul edilməli idi.
Qurultayın bəyanatında bildirilir ki, PKK-nın 12-ci qurultayı təşkilatın lideri Abdullah Öcalanın çağırışı üzrə toplanıb və onun qurultaya təqdim etdiyi perspektivləri və təklifləri müzakirə edib:
"PKK-nın qurultayının nəticələri və orada qəbul edilən qərarlar barədə ətraflı məlumat yaxın zamanda ictimaiyyətə təqdim ediləcək".