Türkiyənin Diyarbakər rayonunun Lice qəsəbəsində bir qrup PKK terrorçusu hərbi bazaya qumbaraatan və iriçaplı avtomatlarla hücum edib.
Oxu.Az Anadolu agentliyinə istinadən xəbər verir ki, hücum nəticəsində 4 əsgər şəhid olub, 8 əsgər isə yaralanıb.
Hücumu təşkil edən terrorçuları zərərsizləşdirmək üçün havadan əməliyyatlara başlanılıb.
Bu gün Bingölün Karlıova qəsəbəsində həyata keçirilən əməliyyat zamanı da bir hərbçi şəhid olub.