Polis Almaniya kansleri Angela Merkelin ofisi ətrafında mühasirəni yığışdırıb, Oxu.Az Reuters-ə istinadən xəbər verir.
“Ekspertlər şübhəli heç nə aşkar etməyiblər”, - polis nümayəndəsi bildirib.
Daha öncə alman liderinin ofisi şübhəli əşya aşkarlandığına görə mühasirəyə alınmışdı.
12:42
Hüquq-mühafizə orqanı əməkdaşları almaniyalı kansler Angela Merkelin ofisini şübhəli bağlama aşkar edilməsi səbəbindən möhürləyiblər.
Oxu.Az xəbər verir ki, Reuters bu barədə polis nümayəndəsinə istinadən məlumat yayıb.
“Əşya ekspertlər tərəfindən öyrənilir”, - polis bəyan edib.
Şahidlər mühasirəyə alınmış ərazidə dörd sarı plastik poçt qutusu görüblər.