Odessa vilayətinin sabiq qubernatoru Mixail Saakaşvili Ukrayna vətəndaşlığından çıxarılıb.
Oxu.Az-ın xəbərinə görə, bu barədə məlumat Ukrayna Dövlət Miqrasiya Xidmətinin saytında yerləşdirilib.
“Prezidenti Petro Poroşenko Mixail Saakaşvilinin Ukrayna vətəndaşlığından məhrum edilməsi barədə fərman imzalayıb”, - məlumatda deyilir.
Bildirilir ki, Saakaşvili vətəndaşlıq alarkən anketdə dəqiq məlumatlar göstərməyib.
Sənədləri dolduran zaman sabiq qubernator Ukrayna və onun hüdudlarından kənarda istintaq altında olmadığını qeyd edib, lakin həmin vaxt Gürcüstan ərazisində onun barəsində qiyabi həbs qərarı verilmişdi.
S.B.
www.oxu.az