Ukrayna prezidenti Pyotr Poroşenko Rusiyada həbsdə saxlanılan Ukrayna Hava Qüvvələrinin baş leytenantı, helikopter pilotu Nadejda Savçenkonun azad edilməsi barədə razılıq əldə olunduğunu açıqlayıb.
“112 Ukrayna” telekanalının müxbiri xəbər verib ki, bu barədə P.Poroşenko Minsk görüşündə danışıqlardan sonra bəyan edib.
“Bundan başqa, Pyotr Poroşenko əlavə edib ki, Rusiya prezidenti ilə Nadejda Savçenkonun azad edilməsinə dair razılıq əldə edib”, - müxbir bildirib.
Qeyd edək ki, 19 gün ərzində bütün girovların, o cümlədən N.Savçenkonun azadlığa buraxılmasına dair razılıq əldə edilib.
Qeyd edək ki, 1981-ci il təvəllüdlü N.Savçenko 2014-cü il iyulun əvvəlindən Rusiyada həbs edilib, o, Donbassda həlak olan 2 Rusiya jurnalistinin ölümündə ittiham olunur.
Ukraynada onu yarım məhkum hesab edirlər. N.Savçenko həbsdə olarkən Ukrayna Ali Radasının deputatı seçilib və ölkənin AŞPA-dakı nümayəndə heyətini üzvüdür, bunun sayəsində isə diplomatik toxunulmazlıq alıb.