Ukraynanın şərqində etiraz aksiyaları Rusiya tərəfindən hazırlanıb.
Oxu.Az Gazeta.ru-ya istinadən bildirir ki, bu haqda bəyanatı ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Cennifer Psaki gündəlik brifinq zamanı edib.
“Yaxşı məlumdur ki, bu rayonlarda çıxış edənlər rus separatçılarıdır. Çıxış edənlərdən bəzilərinə pul ödəndiyini belə təsdiqləyən fərziyyələr belə var, və onlar yerli sakinlər deyil. Bütün bu faktlar bizdə böyük narahatlıq yaradır” – o qeyd edib.
Psaki eləcə də, Rusiyaya qarşı sanksiyalardan danışarkən qeyd edib ki, əgər o Ukrayna ərazisinə soxularsa ABŞ bütün məsələləri sülh yolu ilə həll etməyi planlayır.
“Bizim məqsədimiz diplomatik yola davam etməkdir, narahatlıq yaradan addımlar atılsa belə”, - deyə diplomat vurğulayıb.
Əvvəllər Rusiya XİN Ukrayna hakimiyyətini, Ukraynada baş verən böhrana görə, Rusiyanı günahlandırmamağa çağırırdı.
“Bəsdir Ukraynanın bütün bədbəxtlikləri Rusiyanın üzərinə atıldı. Ukrayna xalqı Kiyevdən bütün suallara aydın cavab istəyir”, - bunu xarici siyasət idarəsindən vurğulayıblar.