Rusiya prezidenti Vladimir Putinin qazax və belarus həmkarları ilə görüşü Astanada martın 20-də baş tutacaq.
Oxu.Az xəbər verir ki, bu barədə RİA Novosti Qazaxıstan prezidentinin mətbuat katibi Dauren Abayevə istinadən məlumat verb.
“Görüş martın 20-də Astanada keçiriləcək. Bu günə Rusiya və Belarus tərəfi iştirakı təsdiq ediblər”, - Abayev deyib.
O, həmçinin qeyd edib ki, öncə prezidentlərin görüşü “üç ölkə liderinin gərgin iş qrafiki” ilə bağlı təxirə salınmışdı.
Öncə Putin, Nazarbayev və Lukaşenkonun görüşü Qazaxıstanın paytaxtında 12-13 mart tarixinə planlaşdırılmışdı.
www.oxu.az